ƏtraflıAxtarış

Şərtlər və Qaydalar

GİZLİLİK SİYASƏTİ (ECI)

Mündəricat


1.    Bu veb saytda toplanılan şəxsi məlumatlarınız kim tərəfindən emal edilir?

Bat OP - 2, rue René Caudron, 78960 Voisins-le-Bretonneux, Fransa ünvanında qeydiyyatdan keçmiş ofisə malik olan Europcar International S.A.S.U şirkəti (bundan sonra mətndə - "ECI") bu veb saytda toplanılan şəxsi məlumatlarınızın (yəni, birbaşa və ya dolayı şəkildə kimliyinizi müəyyən edən məlumatların) emal olunması üçün cavabdehlik daşıyır.

 

2.    ECI hansı məqsədlər üçün sizin şəxsi məlumatlarınızı toplayır?

ECI sizin könüllü olaraq bu veb sayt vasitəsilə təqdim etdiyiniz şəxsi məlumatları aşağıdakı məqsədlər üçün emal edir:

a)    ECI üzvü kimi qeydiyyata alınmanız, sizin hesabınızın yaradılması və sizə ECI ID-nin verilməsi.

Məlumatların emalı sizin kimliyinizi müəyyən etmək, həmçinin gələcəkdə ECİ-yə sifariş verə bilmənizi / kirayə razılaşmalarınızı asanlaşdırmaq və bunları hazırlamaq üçün zəruridir.

b)    Sizin sifarişiniz:

           1.        Sifarişi təsdiqləmək və təmin etmək;

           2.        Sifarişi dəyişmək və ya ləğv etmək; 

           3.        Sifariş ilə əlaqədar sizinlə məlumat mübadiləsi aparmaq (məs. sifarişinizə dair sizə məlumat vermək, giriş /çıxış qeydiyyatından əvvəl sizə xatırlatma mesajı göndərmək, suallarınıza və ya təkliflərinizə cavab vermək);

           4.        Əvvəlcədən ödəniş etmək istəyirsinizsə, fakturaları idarə etmək və borclarla əlaqədar tədbir görmək;

           5.        Potensial şikayətləri idarə etmək

Bu emal prosesi sifarişin idarə olunması və Europcar group və ya şəbəkə ilə imzalanan kirayə razılaşmasının hazırlanması üçün vacibdir. 

c)    Əgər avans ödəniş etmək istəyirsinizsə, ECI məhsulları/xidmətləri üçün ödəniş.

Bu emal prosesi ECI məhsullarının/xidmətlərinin alışı üçün  vacibdir. Sizin tam şəkildə məlumatlanmanız üçün, gələcək ödənişləri asanlaşdırmaq məqsədilə, ECI ancaq kredit kartı məlumatlarınızı saxlaya bilər.

d)    Aparılan müştəri sorğularına əsasən Europcar məhsullarının/xidmətlərinin təkmilləşdirilməsi üçün.

Bu emal prosesi ECİ üzvlərinin ehtiyaclarını daha yaxşı başa düşmək və  ECI məhsullarına/xidmətlərinə dair sizin təəssüratınızı yaxşılaşdırmaq üçün sizə uyğun funksiyalar təklif etmək məqsədi daşıyır. Bu proses ECI-nin "qanuni marağına" əsaslanır.

e)    Sizə ilkin onlayn yardım göstərilməsi üçün ECI canlı veb yazışmasının təmin edilməsi.

Bu proses sizin sorğularınızı cavablandırmaqla, sizə daha yaxın olmaq və sizinlə daha yaxın əlaqələr qurmaq məqsədi güdür və ECI-nin "qanuni marağına" əsaslanır.

f)     Tanıtım və marketinq fəaliyyətləri, yəni:

            1.        Xüsusi tanıtımlar/sövdələşmələr üçün elektron məktublar və SMS mesajları göndərmək;

            2.        Yeni sifarişlər/kirayələr axtararkən sizə lazım olan məhsulları /xidmətləri təklif etmək üçün kirayələri qeydiyyata alaraq kirayələrin tarixçəsini yaratmaq;

            3.        kirayələrin tarixçəsini yaratmaq:

- sizə kommersiya mesajlarının göndərilməsi,

- sizə xüsusi təkliflərin göndərilməsi; və/və ya

- sizin xüsusi üstünlüklərdən faydalanmanızı təmin etmək;

Sifarişlərinizin həcmindən, məbləğindən və tezliyindən, kirayə müddətindən və bizim veb saytdakı fəallığınızdan (məs. sayta giriş sayı) asılı olaraq;

            4.        tamamlanmamış sifarişə dair sizə e-mail göndərilməsi, və ya sifariş sorğusuna dair sizə xülasənin göndərilməsi;

            5.        sizin sadiqlik proqramınızın və üzvlük kartınızın idarə olunması;

            6.        tanıtım müsabiqələrinin/lotereyaların təşkil olunması;

            7.        Europcar müştərilərinə/perspektivlərə dair məlumatların idarə olunması və yenilənməsi

            8.        Europcar məhsullarına/xidmətlərinə dair reytinqlərin dərc olunması.

Birbaşa marketinq emal fəaliyyətləri (prospection directe), yəni, Europcar məhsullarının/xidmətlərinin tanıdılması məqsədilə ECI tərəfindən göndərilən istənilən kommersiya mesajı üçün sizin konkret razılığınız olmalıdır.

İstisna olaraq, əgər siz artıq ECI müştərisisinizsə və mesaj sizin artıq almış olduğunuz məhsullara/xidmətlərə aiddirsə, o zaman həmin məhsulların /xidmətlərin tanıdılması sizin razılığınıza deyil, ECI-nin "qanuni marağına" əsaslanacaq.

Bundan başqa, EC həmçinin hədəf reklam materiallarını yayımlamaq üçün üçüncü tərəf veb saytlarından, məs. sosial şəbəkələrdən istifadə edir və siz həmin üçüncü tərəf veb saytlarına daxil olan zaman sözügedən reklamları görürsünüz.

Bizim məhsullarımızın/xidmətlərimizin tanıdılması üçün həyata keçirilən emal prosesi ECI-nin "qanuni marağına" əsaslanır.

Bu reklam materialları müvafiq veb saytı istismar edən üçüncü tərəfin nəzarəti altında yayımlanır. Bundan başqa, ECI sizin şəxsi məlumatlarınıza birbaşa giriş imkanına malik olmayacaq. Siz həmin reklam materialının yerləşdirildiyi veb saytı istismar edən üçüncü tərəflə birlikdə şəxsi məlumatlarınızın qorunması hüququndan, o cümlədən sözügedən emal prosesinə etiraz etmək hüququndan istifadə edə bilərsiniz. Biz təklif edirik ki, hədəf reklam fəaliyyətləri ilə əlaqədar tətbiq olunan qaydaları və öz hüquqlarınızdan istifadə edə bilməniz üçün müvafiq prosesləri başa düşmək üçün üçüncü tərəf veb saytının gizlilik və identifikasiya faylları (cookies) siyasətləri ilə tanış olasınız.

g)    Cərimələrin idarə olunması, xüsusən:

              1.        Sürücünün (və ya potensial sürücünün) kimliyinin  Agence Nationale de Traitement Automatisé des Infractions təşkilatına bildirilməsi;

              2.        ECI-yə şamil edilə biləcək cərimələrin toplanılması prosedurunun yerinə yetirilməsi

Bu emal prosesi qanunla tələb olunur.

Sosial şəbəkələrə dair şikayətlər və Europcar şirkətinin nüfuzunun qorunması

h)   Aşağıdakılara əsasən müəyyən müqavilə riski daşıyan müştərilərin müşahidə siyahısının idarə olunması və yenilənməsi:  

              1.        Hüquqi proseslərə səbəb olan ödəmə hadisələri;

              2.        Avtomobil qəzaları və ya Europcar müştərilərinin səbəb olduqları təkrar zərərələr

              3.        Europcar müştərilərinin bilərəkdən səbəb olduqları qəzalar və ya zərərələr;

              4.        Europcar avtomobillərinin ümumi kirayə qaydalarına və şərtlərinə zidd şəkildə istifadə edilməsi. 

Bu emal prosesi kirayə razılaşmalarının icrasında Europcar–a qarşı risklərin azaldılması məqsədi daşıyır və Europcar qrupun /şəbəkəsinin rəhbəri olaraq, ECI-nin "qanuni marağına" əsaslanır. Əgər sizin adınız ECI müşahidə siyahısında yer alarsa, o zaman sizin sifarişiniz /kirayə sorğunuz rədd ediləcək. Vəziyyətdən asılı olaraq, siz həmin qərarı mübahisələndirə bilərsiniz. Bunun üçün ECI-yə və ya kirayə götürmək istədiyiniz yerli Europcar qurumuna  müraciət edin.

Nəzərə alın ki, siz sözügedən veb sayta hər dəfə daxil olarkən ECI sizin barənizdə  toplanılan şəxsi məlumatları "cookies" (identifikasiya faylları) və digər  izləyicilər vasitəsilə emal edir. Bu emal prosesi ECI Cookies Siyasəti ilə tənzimlənir. Həmin siyasət ilə tanış olmanızı tövsiyyə edirik. Siz ECI Cookies Siyasətində yer alan təlimatlara əsasən, həmin cookie faylları və digər  izləyiciləri qəbul edə və ya imtina edə bilərsiniz.

3.    Sizin barənizdə toplanılan şəxsi məlumatların resipientləri kimlərdir?

3.1 Resipientlərin kateqoriyaları

Zəruri/müvafiq hallarda sizin şəxsi məlumatlarınız aşağıdakı tərəflərə açıqlanacaq:

a)    ECI-nin və eyni qrupa daxil olan qurumların səlahiyyətli personalına, ECI franşiza şəbəkəsinin qurumlarına və ECI tərəfindən təyin edilmiş agentlərə/satış vasitəçilərinə, bu gizlilik siyasətində təsvir olunan məqsədlər üçün;

b)    Texniki məqsədlər üçün üçüncü tərəf İT xidmətləri təminatçılarına. Bu halda şəxsi məlumatlar sizin sözügedən veb sayta, həmçinin Europcar məhsullarına/xidmətlərinə daxil ola bilməniz üçün açıqlanır. Əsas İT xidmət təminatçıları aşağıdakılardır:

              1.        Cap Gemini, biznes proqramlarının işlənib hazırlanması və  istismarı;

              2.        Sopra Steria, məlumat mərkəzləri üzrə texniki istismar və istifadəçi dəstəyi xidmətləri;

              3.        Unisys, cihaz və avadanlıqlar üzrə realizasiya və texniki istismar;

              4.        SalesForce, marketinq xidmətləri;

              5.        Google Inc., xüsusən, hostinq xidmətləri və biznes proqramları.

c)    Cərimələrin ödənilməsi üçün emal edilən informasiya ilə əlaqədar, Agence Nationale de Traitement Automatisé des Infractions təşkilatına;

d)    Müəyyən müqavilə riski daşıyan müştərilərin müşahidə siyahısının idarə olunması və yenilənməsi üçün emal edilən informasiya ilə əlaqədar, Conseil national des professions de l'automobile təşkilatının avtomobillərin kirayəsi üzrə filiallarına (bu filialların üzvlərinin faydalanmaları üçün);

e)     Marketinq kampaniyalarının hazırlanması və keçirilməsi üçün marketinq agentliklərinə;

f)     ECI biznes fəaliyyətlərinin həyata keçirilməsi zamanı müxtəlif məqsədlər üçün kənar məsləhətçilərə.

ECI həmçinin sizin şəxsi məlumatlarınızı qanunun və/və ya səlahiyyətli orqanların tələbi ilə açıqlaya bilər.

3.2  Məlumatların beynəlxalq miqyasda ötürülməsi

ECI xidmətlərinin sizin üçün təmin edilməsi məqsədilə və bu məqsədlər daxilində tələb edilən həddə olmaqla, ECI sizin şəxsi məlumatlarınızı AB-dən kənarda yuxarıda göstərilən üçüncü tərəflərə ötürəcək.

Vəziyyətdən asılı olaraq, bəzi resipientlər Avropa Komissiyasının rəyinə əsasən məlumatların lazımi şəkildə qorunmasını təmin edən ölkələrdən, digər resipinetlər isə, bu qorumanı təmin etməyən ölkələrdən ola bilərlər. İstənilən halda, Aİ 2016/679 saylı qaydasına əsasən, ECI sizin şəxsi məlumatlarınızın qorunması üçün müvafiq tədbirlər görmüşdür.

Sizin şəxsi məlumatlarınızın ötürülə biləcəyi ölkələrə və ECI tərəfindən məlumatların hansı səviyyədə mühafizə olunacağına dair geniş məlumat əldə etmək üçün, bu düyməyə  vurun [ Europcar qurumları üçün şəxsi məlumatların qrupdaxili resipinetlərinin siyahısına dair linki daxil edin –Google Drive-da təqdim edilir].

Sizin şəxsi məlumatlarınızın AB-dən kənara ötürülməsinə dair geniş məlumat əldə etmək üçün bu Siyasətin sonunda yer alan  əlaqə məlumatlarına baxın.

 

4.    ECI sizin şəxsi məlumatlarınızı hansı müddətdə saxlayır?

 Sizin şəxsi məlumatlarınız emal prosesinin məqsədindən asılı olaraq, müxtəlif müddətlər ərzində saxlanılır:

Məqsəd

Saxlama müddəti

 ▪ Sizin Europcar üzvü kimi qeydiyyata alınmanız, sizin üçün hesabın yaradılması və Europcar ID-nin sizə təqdim edilməsi

 ▪ Sizin sifarişiniz

Kommersiya münasibətlərinin davam etdiyi müddətdə.

Ancaq, tətbiq edilən qanunun müddəalarına əsasən, müəyyən bir hüquqa və ya kirayə razılaşmasına dəlalət edən, yaxud da hüquqi tələbə əsasən saxlanılmalı olan informasiyanın həmin məlumatın saxlanıldığı vaxt müddətindən artıq olmayan müddətdə arxivləşdirilməsi tələb edilə bilər.

 ▪ Ödəmə – ödəmə kartının məlumatları

Ödəmənin uğurla yerinə yetirilməsindən sonra.

Ancaq, ödəmə kartına dair məlumatlar (vizual kriptoqram istisna olmaqla):

 ▪ Ödəməyə dəlalət edən bu cür məlumatlar (yəni, kartın nömrəsi və etibarlı olduğu son tarix) kredit kartı ilə ödəmənin yerinə yetirilməsindən sonra 13 ay, təxirə salınmış debit kartının ödənilməsindən sonra isə, 15 ay müddətində arxivləşdirilir (əgər həmin əməliyyat mübahisəlidirsə, bu məlumat istifadə olunur);

 ▪ Sizin konkret razılığınıza əsasən, gələcək ödəmələri asanlaşdırmaq üçün daha uzun müddətdə saxlanıla bilər.

İstənilən halda, ödəmə kartının vaxtı bitdikdə əlaqədar məlumat silinir.

 ▪ Tanıtım və marketinq fəaliyyətləri

 ▪ ECI müştəriləri üçün - ECI ilə münasibət sona çatdıqdan sonra 3 il.

 ▪ Europcar müştərisi olmayan potensial müştərilər üçün – sizin şəxsi məlumatlarınızın toplanılmasından VƏ YA sizin son infrmasiya sorğunuzdan etibarən 3 il.

 ▪ Cookies

 ▪ Xahiş olunur, ECI Cookies Siyasətinə nəzər salın

 ▪ ECI canlı veb mesajlaşması

ECI ilə münasibət sona çatdıqdan sonra 3 il.

 

 ▪ Sizin istəklərinizdən asılı olaraq, ECI xidmətlərinin təkmilləşdirilməsi

ECI ilə münasibət sona çatdıqdan sonra 3 il.

 ▪ Cərimələrin ödənilməsi 

Cərimə tətbiq edilməsinə səbəb olan qayda pozuntusunu törətmiş sürücünün (və ya potensial sürücünün) kimliyini müəyyən etmək üçün lazım olan vaxt müddətində (bu müddət cərimənin alınmasından sonra 45 gündən artıq ola bilməz). Ancaq, arxivləşdirmə siyasətinə əsasən, müvafiq məlumat cərimənin alınmasından sonra 12 aydan çox müddətdə saxlanıla bilər.

Agence Nationale de Traitement Automatisé des infractions təşkilatından daxil olan sorğular, o cümlədən şəxsi məlumatlar sorğuların ECI tərəfindən emal edilməsindən sonra silinir.

 ▪ Müəyyən müqavilə riskləri, o cümlədən aşağıdakılarla əlaqədar risk daşıyan müştərilərin «qara» siyahısının idarə olunması və yenilənməsi: 

  1. Hüquqi proseslərə səbəb olmuş ödəmə hadisələri

  2. Avtomobil qəzaları və ya Europcar müştərilərinin səbəb olduqları təkrar zərərələr

  3. Bilərəkdən törədildən qəzalar və ya zərərlər

Müvafiq hadisənin baş verməsindən etibarən 3 il

  4. Europcar avtomobillərinin ümumi kirayə qaydalarına və şərtlərinə zidd şəkildə istifadə edilməsi

Hadisənin baş verməsindən etibarən 5 il


5.    Şəxsi məlumatlarınızın emal olunması ilə əlaqədar hansı hüquqlarınız var?

Siz istənilən vaxt şəxsi işinizi nəzərdən keçirə və/və ya yeniləyə bilərsiniz. Həmin şəxsi işdə üzvlük qeydiyyatı, sürücülük məlumatları və avtomobil kirayəsi məlumatları yer ala bilər ki, bu məlumata da ECI veb saytında "My Europcar" linkindən daxil olmaq olar. Siz öz parolunuzu, gizli sualınızı dəyişə, həmçinin telefon nömrəsi, ünvan, elektron poçt və sürücülük vəsiqəsi məlumatlarında dəyişiklik və ya düzəliş edə bilərsiniz. Həmçinin, avtomobil kirayəsi və səyahət istəkləri, o cümlədən sığorta, ödəmə vasitələri və tez-tez səyahət edən səyahətçilərin üzvlüyü kimi məlumatları da yeniləmək mümkündür.

2016/679 saylı Aİ Qaydasına əsasən, siz həmçinin aşağıdakı hüquqlardan faydalana bilərsiniz:

a)    "çıxış" hüququ: sizin şəxsi məlumatlarınızın ECI tərəfindən emal olunub-olunmamasına dair təsdiqləyici informasyia əldə etmək, həmçinin həmin şəxsi məlumatlara daxil olmaq və emal prosesinin xüsusiyyətlərinə dair yeni məlumatlar əldə etmək hüququ[1];

b)    "düzəliş" hüququ: dəqiq olmayan şəxsi məlumatlarda düzəliş edilməsinə, yaxud da tam olmayan şəxsi məlumatların tamamlanmasına (o cümlədən əlavə məlumat təqdim etməklə) nail olmaq hüququ;

e)    "silmək" hüququ (və ya "unudulmaq" hüququ): konkret hallarda şəxsi məlumatlarınızın silinməsinə nail olmaq hüququ[2]; istənilən vaxt "etiraz etmək" hüququ: sizin şəxsi məlumatlarınızın ECI tərəfindən emalının dayandırılması üçün, həmin məlumatların emalına etiraz etmək hüququ:

               1.        Sizin məlumatlarınız birbaşa marketinq məqsədləri üçün emal edilərsə;

               2.        Sizin məlumatlarınız ECI-nin qanuni maraqları çərçivəsində emal olunarsa. Bu halda siz öz sorğunuzun qanuni olduğuna dair ECI-ya məlumat təqdim etdikdə, sorğunuz təmin edilir (əgər ECI konkret situasiyaya dair qanuni əsaslar göstərirsə, bu hal istisna olunur).

f)     "razılıq verməkdən imtina etmək" hüququ: bu halda şəxsi məlumatlarınızın emalı sizin razılığınıza, şəxsi məlumatlarınızın emalına razılıq verməmək hüququnuza və şəxsi məlumatlarınızın ECI tərəfindən emalının dayandırılmasını tələb etmək hüququnuza əsaslanır;

g)    "məlumatların səyyarlığı" hüququ: bu halda şəxsi məlumatlarınızın emalı sizin razılığınıza əsaslanır və avtomatlaşdırılmış üsullarla həyata keçirilir. Həmçinin, şəxsi məlumatların emalı ECI-ya təqdim edilmiş şəxsi məlumatları Excel cədvəli[3] formatında əldə etmək və həmin məlumatları konkret üçüncü tərəfə ötürmək hüququna əsaslanır.

h)   "vəfat etmiş şəxsin məlumatları" hüququ: ölümünüzdən sonra sizə aid şəxsi məlumatların emalı ilə əlaqədar qaydaları müəyyən etmək hüququ.

Əgər siz bu hüquqlardan hər hansı birindən istifadə etmək istəyirsinizsə, 6-cı bölmədə göstərilən əlaqə məlumatlarına müraciət edin [əlaqə məlumatlarını qeyd edin].

Sizin gizliliyinizi və təhlükəsizliyinizi təmin etmək üçün, biz çıxış hüququnun verilməsindən və ya düzəlişlərin edilməsindən əvvəl sizin kimliyinizi müəyyən edirik.

Aİ 2016/679 saylı Qaydasının 77-ci bəndinə əsasən, siz şəxsi məlumatlarınızın emalının həmin qaydaya zidd olduğunu düşünürsünüzsə, bununla əlaqədar ölkənizdə məlumatların qorunması üzrə müvafiq orqana[4] şikayət edə bilərsiniz.


6.    Şəxsi məlumatların emalı ilə əlaqədar kimə müraciət etmək olar?

Sorğunun məqsədindən asılı olaraq, aşağıdakılar nəzərinizə çatdırılır: 

a)    Hüquqlarınızdan istifadə etmək üçün (çıxış, düzəliş, silinmə, məhdudiyyət və s.): burada yer alan onlayn formadan istifadə edə bilərsiniz [Google Drive-da .pdf formatda təqdim edilən məlumat subyektinin sorğu formasına dair linki daxil edin] və  [DPO əlaqə məlumatlarını daxil edin] müraciət edin

b)    ECI tərəfindən şəxsi məlumatların emal olunması ilə əlaqədar ümumi sorğu üçün: metin.i@europcar.az


7.    ECI sizin şəxsi məlumatlarınızı necə qoruyur?

ECI veb sayt vasitəsilə topladığı məlumatları qorumaq öhdəliyi daşıyır.

Xüsusən, ECI sizin şəxsi məlumatlarınızı icazəsiz və ya qanunsuz emaldan, təsadüfi itkidən və ya məhv olmaqdan, yaxud da zədələnməkdən qorumaq üçün müvafiq fiziki, texniki və təşkilati təhlükəsizlik tədbirlərindən istifadə edir.

ECI sistemləri məlumatların şifrələnməsi, yaxud da kodlaşdırma texnologiyaları və sənaye standartlı şlüz ilə konfiqurasiya olunub. Siz şəxsi məlumatları İnternet üzərindən ECI veb saytına göndərən zaman həmin məlumatlar "Daşınma səviyyəsi təhlükəsizliyi" (DST) texnologiyası ilə qorunur və təhlükəsiz ötürmə təmin edilir.

ECI veb saytı vasitəsilə həyata keçirdiyiniz hər hansı kredit kartı əməliyyatı bizim Təhlükəsiz Server Texnologiyamız ilə təmin edilir. Bu texnologiya:

a)    Sizin brauzerinizi əmin edir ki, məlumatlar düzgün kompüter serverinə göndərilir və server təhlükəsizdir;

b)    Məlumatları kodlaşdırır ki, təhlükəsiz server xaricində heç kim tərəfindən oxunmasın;

c)    Ötürülən məlumatlarda dəyişiklik edilmədiyini yoxlayır.


8.    ECI veb saytında yer alan və sizi ECI tərəfdaşlarının veb saytlarına və ya digər veb saytlara yönləndirən linklərə daxil olan zaman sizin şəxsi məlumatlarınız hansı qaydalara əsasən emal edilirSiz ?

You bu veb saytda ECI tərəfdaşlarının veb saytlarına və ya üçüncü tərəf veb saytlarına (məs. səyahət xidmətləri üçün) dair müxtəlif linklərlə rastlaşa bilərsiniz. ECI nəzərinizə çatdırır ki, bu gizlilik siyasəti siz bizim tərəfdaşlarımızın, yaxud da üçüncü şəxslərin veb saytlarına daxil olarkən şəxsi məlumatlarınızın onlar tərəfindən emal olunmasına şamil edilmir və ECI bu emal prosesləri üçün cavabdehlik daşımır. Biz tövsiyyə edirik ki, ECI tərəfdaşlarının və ya üçüncü tərəflərin gizlilik siyasəti ilə tanış olasınız. Beləliklə, siz şəxsi məlumatlarınızın onlar tərəfindən emal olunmasına dair geniş məlumat əldə etmiş olacaqsınız.


9.    Gizlilik siyasətində dəyişiklik edilməsi

Bu gizlilik siyasəti 25 may 2018-ci il tarixində dərc edilmişdir. Bu gizlilik siyasətindəhər hansı dəyişiklik edilərsə, bu barədə ECI tərəfindən veb saytda məlumat veriləcək.

Əgər edilən dəyişiklik sizin razılığınıza əsasən yerinə yetirilən emal prosesinə ciddi təsir göstərərsə, ECI sizinlə əlaqə saxlayaraq yenidən razılığınızı istəyəcək.

 



[1] Emal prosesinin məqsədləri ilə əlaqədar olaraq, şəxsi məlumatların kateqoriyaları, resipientlərin kateqoriyaları (əgər bu məlumatlar üçüncü ölkələrə ötürülürsə və müvafiq mühafizə tədbirləri görülürsə (əgər varsa)), məlumatın saxlanılma müddəti, həmin məlumatlara əsasən avtomatlaşdırılmış qərarvericilik funksiyasının olması, məlumatların qorunması üzrə müvafiq quruma şikayət edilməsi, digər məlumat subyektlərinin hüquqlarının olması (düzəliş, silinmə, məhdudiyyət).

 

[2] (1) məlumat emal edildiyi məqsədlər baxımından artıq lazımsız olarsa, (2) siz razılıq verməkdən imtina etdikdə və məlumatın emalı üçün hüquqi əsas olmadıqda, (3) siz şəxsi məlumatlarıqızın emalına etiraz etdikdə və qanuni əsaslar olmadıqda, (4) şəxsi məlumatlarınızın qanunsuz şəkildə emal edildiyi  müəyyənləşdirilərsə.

[3] Yaxud da maşında oxunma xüsusiyyətinə malik hər hansı bir digər format.

[4] Yaşadığınız, işlədiyiniz, yaxud da qanun pozuntusunun yol verildiyi ölkə.

Çap

Bizimlə əlaqə saxlayın: +994 125041174 / +994503401414

Sizin sifariş haqqında
Biznes mərkəzi

Eyni tətbiq. Daha çox imkanlar

İndi iPhone, iPad və Android üçün Europcar mobil tətbiqini yükləyin!

Avtomobilin qaytarılma təlimatı Bizim Haqqımızda Xəritə Europcar Mövqeləri Bizimlə Əlaqə Saxlayın Azərbaycanda avtomobil icarəsi Şərtlər və Qaydalar İcarə Şərtləri

© Europcar Azerbaijan 2024