ƏtraflıAxtarış

Xaricdə Avtomobil Icarəsi və Transfer Xidməti


EUROPCAR ÇAĞRI MƏRKƏZİ NƏDİR VƏ NİYƏ BURDAN SİFARİŞ VERMƏLİYƏM?



1. Dil baryerinin olmaması.


2. Daimi yenilənən endirim və promolar.


3. Müxtəlif formaları doldurmaq üçün vaxtınızı sərf etməyəcəksiniz, sizin üçün bunu biz edəcəyik.


4. Avtomobilin bütün xərclərini bizim ofisimizdə, yerli valyutada ödəyə bilərsiniz.



TRANSFERLƏR



Taksidən fərgli olaraq, transfer xidmətinin qiyməti sabitdir - şəhərin istənilən nöqtəsinə qiymət eynidir. Qarşılama və baqaj üçün ödəniş etmirsiniz. Uçuş təxirə salınmış olsa belə, biz sizi Pulsuz gözləyəcəyik.



Xaricdə avtomobil sifarişi və ya transfer etmək üçün nə etmək lazımdır?



Çox sadə, mobil telefonlara (+994) 51 225 71 56/57/58, yaxud şəhər nömrəsi ilə əlaqə saxlayın (+994) 12 504 11 74. 




ƏN ÇOX VERİLƏN SUALLAR




1. Avtomobilin alınması ilə əlaqədar nə lazımdır?


Pasport, sürücülük vəsiqəsi və kirayə məbləğini ödəmək üçün plastik kart.


2. Depozit və onun ölçüsü?


İcarə zamanı sizin kartda depozit məbləği bloklanır, onun ölçüsü isə avtomobilin sinfindən asılıdır (adətən 300-dən 1000 EUR-a qədər). 30 gündən sonra isə yeni cərimələr olmadığı təqdirdə, depozit blokdan çıxarılır.


3. Sayda göstərilən avtomobili təhvil alacam?


Europcar, avtomobilin sinifini və sürət qutusunun saytda göstərildiyi kimi olmasını təstiqləyir, lakin avtomobilin modelini təsdiq etmir. İcarə zamanı kirayə stansiyasında sifariş etdiyiniz avtomobil yoxdursa - sizə eyni sinifdən və ya bir üst sinifdən icarə qiyməti dəyişmədən avtomobil veriləcək.


4. Digər dövlətlərin sərhədlərini, icarəyə aldığım avtomobil ilə keçə bilərəm?


Bəzi ölkələr və ya bölgələr istisna olmaqla, Şengen ölkələrində sərbəst hərəkət edə bilərsiniz. Daha ətraflı məlumat üçün avtomobili icarəyə aldığınız zaman Europcar işçisinə müraciət edə bilərsiniz.


5. Əlavə avadanlıqları (uşaq oturacağı, GPS navigasiya, və s.) necə sifariş etmək olar?


Avtomobili sifariş edərkən, həmçinin əlavə avadanlıq sifariş edə bilərsiniz (GPS naviqasiyası, WiFi modemi, uşaq oturacaqları, və s.) eləcə də Europcar stansiyasında avtomobili təhvil alanda bu xidmətlərin hamısını ala bilərsiniz.


6. Yanacaq kirayə qiymətinə daxildir?


Avtomobili təhvil aldığınız zaman olan yanacaq miqdarı ilə, eyni miqdarda yanacaq ilə təhvil vermək lazımdır. Bəzi ölkələrdə əvvəlcədən ödənilmiş yanacaq xidməti mövcuddur.


7. Sifariş etdiyim avtomobili otelə çatdırmaq mümkündür?


Bəzi ölkələrdə bu mümkündür, daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.


8. Stansiya bağlanıldıqdan sonra avtomobili təhvil vermək mümkündür?


Demək olar ki, bütün Europcar stansiyalarında avtomobilin təhvili üçün xüsusi açar qutuları mövcuddur. Avtomobili təhvil alanda bu məlumatları dəqiqləşdirin.


9. Standart sığorta nə deməkdir?


Standart sığorta, müştərinin qəzaya düşdüyü və ya avtomobilin oğurlanması hallarında, müştəri franşızayla müəyyən edilmiş məbləği ödəmək məhsuliyyətindədir. Franşızanın məbləğini əlavə ödəniş etməklə 0-a endirmək mümkündür.


10. Kirayə aldığınım avtomobil ilə qəza etdikdə nə etməliyəm?


Qəza sonrası xəsarət alan yoxdursa, dərhal stansiyanın 7/24 dəstək xidmətini məlumatlandırıb sonraki təlimatları gözləyin. Avtomobili təhvil aldığınızda 7/24 dəstək nömrəsini götürdüyünüzdən əmin olun.


11. Müxtəlif ölkələrdə olan icarə şərtlərini haradan tapa bilərəm?


Faydalı məlumatlar, icarə şərtləri və fərqli ölkələrdə tətbiq olunan qaydalar haqqında məlumatı buradan əldə edə bilərsiniz FAQ.


12. Sifarişimi necə ləğv edə bilərəm?


Sifarişinizi ləğv etmək üçün, çağrı mərkəzinin işçilərini  məlumatlandırmaq lazımdır.


13. Sifarişimi necə dəyişə bilərəm?


Sifarişdə dəyişiklik etmək mümkün deyil. Əvvəlcə yeni sifarişinizi vermək, sonra isə köhnə sifarişinizi ləğv etməyinizi məsləhət görürük.


14. Xaricdə olan tamamlanmış sifarişim ilə əlaqəli şikayət və ya təklifim olarsa, hara müraciyət edə bilərəm?


Xaricdə olan tamamlanmış sifariş ilə əlaqəli şikayət və ya təklifiniz olarsa, Saytımızda bu haqda ətraflı məlumat verməyiniz xahiş olunur.


15. Xaricdə hal hazırda davam edən kirayə ilə bağlı bir sualım yaranarsa kimə müraciət edə bilərəm?


Mövcud icarəyə aid suallarınız, avtomobili təhvil alındığınız ölkənin icarə stansiyasının mütəxəssislərinə ünvanlanmalıdır. 



Sifarişiniz üçün aşağıda qeyd olunan məlumatları verməyiniz xahiş olunur:


1. İcarəyə - başlama tarixi / bitmə tarixi;

2. İcarəyə - başlama saatı / bitmə saatı;

3. İcarəyə - başlama yeri / bitirmə yeri;

4. Ad və Soyad, latın hərfləri ilə;

5. İstədiyiniz avtomobil sinifi və sürət qutusunun növü.







Europcar-ı seçdiyiniz üçün təşəkkür edirik!




Bizimlə əlaqə saxlayın: +994 125041174 / +994503401414

Eyni tətbiq. Daha çox imkanlar

İndi iPhone, iPad və Android üçün Europcar mobil tətbiqini yükləyin!